"Apple" Çində süni intellektə senzura tətbiq edəcək

Amerikanın "Apple" korporasiyası may ayında Çində "iPhone" üçün süni intellekt (AI) xidmətlərini işə salmaq niyyətindədir.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, Çində süni intellekt alətlərinin işə salınması ilə bağlı iki tərəf arasında razılaşma fevralın ortalarında məlum olub. İnsayderlər bildiriblər ki, "Alibaba" Amerika İT nəhənginin əsas tərəfdaşı olacaq, "Baidu" isə dəstək xidmətləri göstərəcək.
“Apple”ın neyron şəbəkəsi istifadəçiləri yerli qanunvericiliyə uyğun olaraq senzuradan keçən məzmunla təmin edəcək. Süni intellekt yalnız Çində alınmış "iPhone"larda işləyəcək, ölkədən kənarda alınmış smartfonlar süni intellekt funksiyalarından məhrum olacaq.
Türkan İSGƏNDƏRLİ