İnsanların Marsa uçuşu üçün texnologiyalar yaradılmalıdır

 10:21 19.02.2025     121

NASA-nın gələcək rəhbəri olmaq ehtimalı yüksək olan milyarder Jared Isaacman bildirib ki, insanların Marsa uçuşu üçün texnologiyalar yaradılmalıdır.

Redaktor.az xəbər verir ki, bu barədə “ArsTechnica” nəşri məlumat yayıb.

“Biz ekstremal şəraitdə insan həyatını təmin etmək, uzun müddət radiasiya və mikroqravitasiya kimi problemləri həll etmək üçün sistemlər, əks tədbirlər və dərman vasitələri yaradacağıq”, - amerikalı sahibkar bildirib.

Onun sözlərinə görə, bu nailiyyətlər günəş sistemi boyunca daha ucuz, daha tez-tez idarə olunan və robotlaşdırılmış missiyaların əsasını qoyacaq.

Türkan İSGƏNDƏRLİ