Çin dünyanın ən güclü lazer kamerasını HAZIRLADI

 10:22 20.02.2025     107

Çin alimləri xarici hərbi peykləri inanılmaz dəqiqliklə izləyə bilən güclü lazer kameranın yaradılması barədə məlumat veriblər.

Redaktor.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Lazer kamera Çin Elmlər Akademiyasının Aerokosmik İnformasiya Tədqiqatları İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb. Sınaqlar zamanı tədqiqatçılar obyektdən 100 kilometr məsafədə millimetr dəqiqliyi ilə yüksək ayırdetməli şəkillər çəkə biliblər. Qeyd olunur ki, əvvəllər analoji lazer sistemlərinin belə məhsuldarlığı mümkün deyildi.

Cihaz Çinin ucqar şimal-qərbində yerləşən böyük yüksəklikdəki su hövzəsi olan Qinghai adasında sınaqdan keçirilib. Casus kamera, geniş baxış sahəsinə malik lazer təsvir sisteminin bir növü olan qabaqcıl sintetik diyafram lidarına malikdir. Ehtimal olunur ki, kamera xarici hərbi peyklərin hərəkətlərini dəqiqliklə izləyə biləcək.

Mütəxəssislər bildiriblər ki, sınaqlar zamanı kamera gölün şimal sahilində obyektdən 101,8 kilometr məsafədə, ideal görünmə şəraitində quraşdırılıb. Qurğu 1,7 millimetrə qədər olan detalları tanıya və 15,6 millimetrə qədər dəqiqliklə obyektlərə olan məsafəni təyin edə bildi. Qeyd olunur ki, bu detal səviyyəsi aparıcı casus kameralarının nümayiş etdirdiyindən 100 dəfə yüksəkdir.

Türkan İSGƏNDƏRLİ