Bu smartfonların satışı DAYANDIRILDI

 11:40 20.02.2025     129

"Apple" bəzi köhnə smartfonların satışını dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.

"iPhone 16e"nin təqdimatından sonra şirkət bir sıra smartfonları satışdan çıxarıb. Onların səhifələri "Apple" saytından silinib.

Belə ki, 2022-ci ildə buraxılmış üçüncü nəsil "iPhone SE"nin satışını dayandırıb. Onun davamçısının yeni "iPhone 16e" olacağı güman edilir.

"iPhone 14" və "14 Plus" da "Apple"ın saytından çıxarılıb, əsas smartfonlar 2023-cü ildə buraxılıb. "14 Pro" və "14 Pro Max" flaqman versiyalarının satışı daha əvvəl, 2024-cü ilin payızında dayandırılıb.

Fevralın 19-da təqdim edilən "iPhone 16e", 599 dollardan başlayan qiymətlərlə "Apple"ın ən ucuz smartfonu olub.

Türkan İSGƏNDƏRLİ