Yeni "iPhone" tənqid olundu

Yeni "iPhone 16e"ni müasir simsiz enerji doldurmanın olmamasına görə tənqid edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın "Macwelt" nəşri məlumat yayıb.
Məlumata görə, ucuz smartfon "MagSafe" doldurma standartını dəstəkləmir.
"MagSafe" sürətli simsiz enerji doldurmağı təmin etmək üçün "Apple" smartfonlarının arxasında yerləşən üzük maqnitindən istifadə edərək işləyir. Standart 2020-ci ildə ortaya çıxıb, lakin "Apple" , anlaşılmaz bir səbəbə görə, yeni "iPhone 16e"yə dəstək əlavə etməmək qərarına gəlib.
"MagSafe" olmadan, şarj cihazı "iPhone"da daha dəqiq yerləşdirilməlidir və şarj gücü 7,5 vatt ilə məhdudlaşır. Normalda isə bu 25 vatt olmalıdır.
Türkan İSGƏNDƏRLİ