"SpaceX" kosmosa 8000-dən çox peyk GÖNDƏRİB

Amerikanın "SpaceX" şirkəti bu günə qədər 8000-dən çox Starlink peykini orbitə çıxarıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Spaceflight Now” nəşri məlumat yayıb.
Məlumata görə, orbitdə 7078 Starlink peyki qalıb, sistemin qalan kosmik gəmisi atmosferə endirilib. 2025-ci ildə isə "SpaceX" 400-ə yaxın "Starlink" peykini kosmosa göndərə bilib.
Şirkət bu il ilk dəfə olaraq Baham adalarına Falcon 9 raketinin birinci mərhələsini endirib.
Türkan İSGƏNDƏRLİ