Kiçik smartfonlar satışdan niyə ÇIXARILIR?

 11:34 25.02.2025     71

Yığcam smartfonların bazardan praktiki olaraq yoxa çıxma səbəbi batareyanın ömrüdür. 

Redaktor.az xəbər verir ki, bu barədə "GizmoChina" məlumat yayıb.

Məlumata görə, daha kiçik qadcet daha kiçik batareya ilə təchiz oluna bilər ki, bu da daha tez boşalacaq. Həmçinin, kiçik cihazlarda prosessorlar, RAM və digər komponentlər bir-birinə daha yaxındır, bu da cihazın istiləşməsini artırır.

Kiçik smartfonlar 5G standartının peyda olmasından sonra aktiv şəkildə bazardan itməyə başlayıb. Beşinci nəsil rabitə üçün kifayət qədər çox yer tutan əlavə antenalar tələb olunur. Bundan əlavə, 2020-ci illərdə proqram tərtibatçıları böyük ekranlı smartfonlara üstünlük verirlər və proqramları nadir hallarda kompakt qurğular üçün ayrıca uyğunlaşdırırlar.

Türkan İSGƏNDƏRLİ