"Apple" yeni kompüterini təqdim etdi

"Apple" şirkəti peşəkarlar üçün nəzərdə tutulmuş, indi güclü M3 Ultra və M4 Max çipləri ilə təchiz edilmiş yenilənmiş "Mac Studio" stolüstü kompüterini təqdim edib.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, yeni "Mac Studio" əhəmiyyətli performans artımı, maksimum yaddaş artımı və müasir "Thunderbolt 5" portları əldə edib.
Yeni "Mac Studio"nun ürəyi 32-yə qədər CPU nüvəsini özündə cəmləşdirən M3 Ultra çipidir, bunlardan 24-ü yüksək performanslı, 8-i isə enerjiyə qənaətcildir. Apple-a görə, M3 Ultra 24-ə qədər CPU nüvəsi olan M2 Ultra-dan 1,5 dəfəyə qədər sürətlidir.
Qrafik performans da əhəmiyyətli dərəcədə yaxşılaşıb. "Mac Studio" indi 80 nüvəli GPU ilə konfiqurasiya edilə bilər. "Apple", qrafiklərin 72-yə qədər GPU nüvəsi olan M2 Ultra çipini ehtiva edən əvvəlki "Mac Studio" modelindən 2 qat daha sürətli olduğunu iddia edir.
Yaddaş və məlumatların saxlanma imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Yeni "Mac Studio" əvvəlki versiyanın maksimum 8 TB-dan 16 TB-a qədər daxili yaddaşı dəstəkləyir. Operativ yaddaş da artırılıb: M3 Ultra çipi 512 GB-a qədər vahid operativ yaddaşı dəstəkləyir, M2 Ultra isə 192 GB-a qədər məhdudlaşdırılıb.
Bu, modelin M2 Max və M2 Ultra çiplərini aldığı 2023-cü ilin iyun ayından etibarən "Mac Studio" üçün ilk yeniləmədir.
Yeni "Mac Studio" bu gün öncədən sifariş üçün əlçatandır və gələn çərşənbə günü, martın 12-də göndəriləcək. ABŞ-də "Mac Studio"nun qiyməti 1999 dollardan başlayır.
Turan İSMAYIL