ChatGPT-nin istifadəsində xəta YARANDI

 20:19 01.04.2025     181

OpenAI tərəfindən hazırlanmış ChatGPT çatbotun istifadəsində xəta yaranıb.

Redaktor.az xəbər verir ki, bu barədə Downdetector portalı məlumat yayıb.

İstifadəçilər çatbotun fəaliyyətində xətalar yarandığını bildiriblər. Ən çox şikayət ABŞ-dakı istifadəçilərdən gəlib. Çatbot nasazlıqları Fransa, Böyük Britaniya, Yaponiya və bir sıra digər ölkələrdə də qeydə alınıb.