“WhatsApp” istifadəçilərinə xəbərdarlıq

 09:15 10.04.2025     212

"WhatsApp" istifadəçiləri üçün təhlükəli bir boşluq aşkarlanıb.

Redaktor.az bu barədə "Haber Global"a istinadla məlumat verir.

Mütəxəssislər bildirir ki, hakerlər zərərli şəkil və ya fayl göndərərək istifadəçilərin cihazlarına uzaqdan daxil ola bilərlər.

Meta şirkəti açıqlama verərək bildirib ki, bu problem yalnız Windows üçün olan WhatsApp masaüstü versiyasında aşkarlanıb. Bu üsula “spoofing” – yəni “saxta yönləndirmə” deyilir.

Aytəkin TOFİQQIZI