Yeni "iPhone"ların dizaynı belə olacaq - FOTO

 13:36 15.04.2025     233

Nüfuzlu insayder Majin Bu "X" səhifəsində qarşıdan gələn iPhone 17 Air və iPhone 17 Pro üçün korpusların şəkillərini paylaşıb.

Redaktor.az xəbər verir ki, dərc edilmiş fotoşəkillər gələcək "Apple" flaqmanlarının görünüşündə əsas dəyişikliklərlə bağlı əvvəllər yayılmış şayiələri təsdiqləyir.

Təqdim olunan fotolara əsasən "iPhone 17 Air" daha incə korpusa sahib olacaq. Eyni zamanda, hər iki model arasında əsas vizual fərq kamera blokunun yenilənmiş dizaynı olacaq. "Air"in “yüngül” versiyasında dar və uzadılmış modul, "Pro" versiyasında isə geniş, eyni zamanda uzunsov kamera bloku olacaq. Oxşar kamera vahidləri üçün trend "Google" tərəfindən "Pixel" smartfonlarında başladılıb.

Şəkillərdə də görə bilərsiniz ki, flaş və mikrofonun yeri cihazların yuxarı sağ küncündə qalacaq.

"Apple"in 2025-ci ilin sentyabrında tam "iPhone 17" seriyasını təqdim edəcəyi gözlənilir. Smartfonlarla yanaşı, "Apple" çox güman ki, yeni "Apple Watch" seriyasını da təqdim edəcək.

Turan İSMAYIL

2222