"Spotify"in işində fasilə yarandı

 18:27 16.04.2025     150

Bəzi ölkələrdə "Spotify" audiostriminq xidmətində böyük fasilə müşahidə olunur.

Redaktor.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının işinə nəzarət edən "Downdetector" xidmətinin saytında məlumat verilib.

Bildirilib ki, istifadəçilərin 61%-i proqramın işləməsindən şikayət edir, 24%-i audio axınında çətinlik çəkir, digər 15%-i isə saytın işində nasazlıqlar olduğunu qeyd edib.

"Downdetector"un məlumatına görə, ABŞ-də 48 000-dən çox istifadəçi fasilələr barədə məlumat verib. Braziliya, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Kanada, Fransa və digər ölkələrdə də uğursuzluqlar qeydə alınır.

Turan İSMAYIL