Dünyanın ən yaxşı avtomobili AÇIQLANDI

“Dünyada ilin avtomobili” müsabiqəsinin münsiflər heyəti 2025-ci il mükafatlarının qaliblərini seçib.
Redaktor.az drom.ru-ya istinadla xəbər verir ki, ümumi xalların sayına görə BMW X3 və "Hyundai Inster EV"ni geridə qoyan "Kia EV3" elektrik avtomobili (EV) 2025-ci ilin dünya avtomobili seçilib.
Bu müsabiqənin digər kateqoriyalarında BYD Seagull (şəhər avtomobili), "Volvo EX90" (lüks sinif), "Porsche 911 Carrera GTS" (idman avtomobili), "Hyundai Inster" (EV) və "Volkswagen ID: Buzz" (dizayn) qaliblər olub.
Həmçinin, BYD-nin baş direktoru Stella Li 2025-ci ilin dünya avtomobil adamı seçilib.
Turan İSMAYIL