“Labubu” oyuncaqları ilə bağlı xəbərdarlıq

 15:54 02.06.2025     166

Fırıldaqçılar “Labubu” oyuncaqlarından istifadə etməklə rusiyalıların pullarını və Telegram hesablarını oğurlamaq üçün yeni saxtakarlıq sxemi həyata keçirirlər.

Redaktor.az xəbər verir ki, bu barədə F6 kibercinayətkarlıq şirkətinin analitiklərinə istinadən şirkətin Teleqram kanalında məlumat verilib.

Ekspertlərin fikrincə, təcavüzkarlar xüsusi Telegram botları vasitəsilə istifadəçiləri aldadır. Fırıldaqçılıq sxemlərindən birinə əsasən, istifadəçilərə “Labubu” oyuncağını almaq təklif olunur, lakin pul ödənildikdən sonra satıcı yoxa çıxır.

Digər məşhur sxem isə hədiyyə vədi ilə bağlıdır. İstifadəçilərə guya “Labubu” oyuncağı qazanmaq üçün rəy bildirmək, kanallara abunə olmaq və ya müəyyən şərtləri yerinə yetirmək təklif olunur. Bu zaman onlardan əlaqə məlumatları və Telegram hesablarına daxil olmaq üçün təsdiq kodu tələb edilir. Məlumatlar əldə edildikdən sonra fırıldaqçılar istifadəçilərin hesablarını ələ keçirirlər.

Bəzi hallarda isə oyuncaqlar yalnız müəyyən Telegram kanallarına abunə olduqdan sonra təqdim edilir. Lakin bu kanallar adətən digər saxta sxemlərin reklamı üçün yaradılır.

Aytəkin TOFİQQIZI