"Azercell"in "1 manat = 1 gün" prinsipi artıq hamıya şamil olunur - AÇIQLAMA

 21:26 05.06.2025     585

"Azercell" yeni tarif siyasətinə aydınlıq gətirib. Bizim həqiqətən xeyli baş sındırıb, araşdırıb, qurumun susqunluq göstərdiyi zaman yazdıqlarımız tam öz təsdiqini tapıb.

Hətta mənə elə gəldi ki, "Azercell" bu yeni izahatını bizim yazdıqlarımızdan götürüb. 

Əslində ciddiyəm. İşlətdiyi bəzi terminlər də bunu deməyə əsas verir. Diqqətli oxucu tuta bilər bunu.

Ən diqqət çəkən məqam isə budur ki, "1 manat = 1 gün" prinsipi ("Azercell" də artıq bu termindən istifadə edir, əvvəl yaxın buraxmırdı) istənilən bir tarifdə olanlara da aiddir. Bunu da yaxın buraxmırdı.

Beləliklə, balansda tarif üçün yetərli pul olmasa məhdudiyyət hamını gözləyir.

Sadəcə, mənə maraqlı gəldi ki, görən nə əcəb bu dövlət şirkəti əvvəldən press relizləri bir neçə dəfə dəyişdi, kommunikasiyanı düzgün qura bilmədi.

Adətən bu tip qurumlar belə kobud səhvlərə yol vermirlər.

Bəlkə də gözlənti olub ki, biz , digər ekspertlər, ictimaiyyət bunun fərqində olmayacağıq.

İstənilən halda, artıq hər şey məlumdur.

Ümud edirəm innovasiyaların və yeni xidmətlərin hesabına deyil, son illər davam edən qiymət artımları hesabına əldə olunan vəsaiti "Azercell" yeni texnologiyalara, yeni xidmətlərə də yatıracaq.

Hökumətin isə ləngimədən bu dövlət şirkətini özəlləşdirməyə hazırlaması doğru və faydalı addım olardı.

Osman Gündüz,

Azərbaycan İnternet Forumunun prezidenti