"Azercell" geriyə addım atdı, "Aylıq" = 28 GÜN prinsipindən imtina ETDİ

Bir neçə saat öncə "Azercell" yeni tarif siyasəti ilə bağlı növbəti açıqlamasını yayıb.
Dərhal diqqətimi cəlb etdi ki, internet xidmətlərini "Aylıq" adı altında "28 Gün" olaraq təqdim etməsini dayandırıb.
Əvvəlki açıqlamada olan "Aylıq internet paketləri" əvəzinə yeni açıqlamasında "İnternet paketləri" qeyd olunub.
Lakin mətbuat üçün olan açıqlamasında əsassız olaraq dünyada belə praktika olduğunu da vurğulayıb.
Yoxdur dünyada, qonşu ölkələrdə və Avropada belə hal. Paketlər X gün ola bilir, amma "Aylıq" adlandırılmır.
İstisna olaraq turistlər üçün ola bilir.
Bir az araşdıranda rast gəldim ki, Hindistanın hansısa operatoru da belə edibmiş, onu da tənzimləyici qurumları dərhal dayandırıb.
Belə. "Azercell"in ictimai qınaqlar üarşısında istehlakçılara qarşı olan, yumşaq desəm, sayğısızlığı və etinasızlığının aradan qaldırması təqdirəlayiqdir.
Ümid edirəm tarif siyasətini də müştəriyönümlü edəcək.
Düşünürəm ki, "Azercell"in geriyə addımında "Antiinhisar"ın da təsirləri olmamış deyil.
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun prezidenti


