"Samsung" "Apple"nin iOS 26 yeniliklərini “ələ saldı”

 17:50 10.06.2025     85

"Samsung" şirkəti "Apple"nin WWDC 2025 konfransında təqdim etdiyi yeni iOS 26 əməliyyat sisteminə və digər texnoloji yeniliklərinə istehzalı cavab verib.

Redaktor.az xəbər verir ki, SamMobile portalının yazdığına görə, Koreya texnologiya nəhəngi "Apple"nin elan etdiyi funksiyaların əksəriyyətinin artıq illərdir "Samsung" cihazlarında mövcud olduğunu bildirərək, sosial şəbəkələrdə paylaşımlar edib.

"Apple" 9 iyun tarixində yeni əməliyyat sistemlərini o cümlədən iOS 26-nin təqdim etdikdən qısa müddət sonra, "Samsung" ABŞ-nin X hesabında bir sıra tənqidi və istehzalı paylaşımlar yayımlanıb. 

Aytəkin TOFİQQIZI