5G-yə deyil, yazı müsabiqəsinə fokuslanan tənzimləyici

 14:12 11.06.2025     101

Qonşu ölkələrin 5G şəbəkəsi bizimlə sərhəddədir. Bir müddət olardı qonşu ölkələrin mobil bazardakı inkişafına nəzər salmamışdım. O qədər sürətlə irəliləyirlər ki, tez-tez baxanda da faydalı iş əmsalı aşağı düşür.
Ötən günlər 5G ilə bağlı ölkəmizdə yeni xəbərlər olacağı məlumatını  alanda regional mobil bazara  bir də göz gəzdirdim. Və çox təəccübləndim, qısa zamanda xeyli irəliləyiblər.

Bizim mobil operatorların isə innovasiyalara və texnologiyalara deyil, "1 manat- 1 gün" prinsipi ilə müştərilərlə davava başları qarışıb. 
Baxıram ki, qonşu ölkələrdə əsas biznes və sənaye mərkəzlərində  5G şəbəkələri artıq tamamlanmaq üzrədir, 6G və süni intellekt inteqrasiyasını müzakirə edirlər.

Ölkəmizdə mobil operatorlara tezlik ayırmalı olan, tezliklərin müsabiqəsini keçirməli olan İKTA-nın da başı qarışıb bəsit yazı müsabiqələrinin təşkilinə. Requlyator yazı müsabiqəsi keçirir, qonşu ölkələrin də 5G-si gəlib çatıb bizim sərhədə.

Bu sahədə çox ləngidik.
Bəzən bu sahənin inkişafına cavabdehlər  bildirir ki, mobil operatorlar bu sahəyə investisiya yatırmaq istəmir, bizdə buna tələbat yoxdur, gərək güclü inkişaf olsun ki, tələbat artsın və bizim müftəxor mobil operatorlar da  şəbəkəni qursun.
Belə olan halda sual yaranır ki, bəs qonşularda tələbat necə yaranıb, nə məcbur edib ki hamısı bu sahəyə investisiya yatırıblar ? 
Həm də görəsən bizim operatorlara lisenziya verəndə öhdəlik qoyulmayıbmı ki yeni texnologiyalar , innovasiyalar investisiya yatırılmalıdır.

Anlaşılmaz bir vəziyyət yaranıb.
Hər gün tarifləri qaldırıb xımır-xımır həzm edən mobil operatorlar yeni texnologiyalara və innovasiyalara investisiya yatırmağı  istəmirlər, tənzimləyici də buna təsir edə bilmir.

İndi biz neyləyək ? 

Ümid edirəm  regionda 5G sahəsində formalaşan vəziyyətə baxdıqdan sonra hökumətimiz də bu sahədə hansı vəziyyətdə olmağımızın fərqində olacaq.

Osman Gündüz,

Azərbaycan İnternet Forumunun prezidenti

22222