"Netflix" NASA ilə əməkdaşlıq etdiyini elan etdi

 23:12 30.06.2025     64

Yayım şirkəti "Netflix" ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi ( NASA ) ilə əməkdaşlıq etdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Netflix"in "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

"“Netflix kosmosu evə bir az da yaxınlaşdırmaq üçün NASA ilə əməkdaşlıq edir” - açıqlamda qeyd olunub.

Şirkət 2025-ci ilin yayından başlayaraq Beynəlxalq Kosmik Stansiyadan (BKS) raket buraxılışlarını, astronavtların kosmosda gəzintilərini, missiya hesabatlarını və Yerin heyrətamiz mənzərələrini canlı yayımlamağa başlayacaqlarını açıqlayıb.

Qeyd edək ki, iyunun 12-də "Bloomberg" agentliyi ABŞ Prezidenti Donald Trampın NASA-nın onlarla proqramından və elmi missiyalarından qurtulmağı planlaşdırdığını bildirib. Nəşrin müəlliflərinin fikrincə, bu siyasət xərclərin ümumi azaldılmasının bir hissəsidir.

Turan İSMAYIL