Bu ölkədə teleqram bloklanacaq

 00:17 19.07.2025     70

Nepal hökuməti ölkədə teleqrama girişi məhdudlaşdırmaq əmri verib.

Redaktor.az xəbər verir ki, bu haqda Nepal Telekommunikasiya İdarəsinin rəsmi bildirişində qeyd olunub.

Qərar platformanın onlayn fırıldaqçılıq və çirkli pulların yuyulması üçün istifadə edilməsi ilə bağlı qeydə alınmış hallarla əlaqədardır.

Telekommunikasiya operatorlarına məhdudlaşdırıcı tədbirləri dərhal həyata keçirmək tapşırılıb.

Təşəbbüs baş nazirin ofisi və təhlükəsizlik orqanları ilə razılaşdırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən