Azərbaycanın “.az” domenində 60 veb-resursa haker hücumu OLUB

 15:14 29.07.2025     89

Bu ilin I rübündə “.az” domen zonasında fəaliyyət göstərən 60 veb-resursa haker müdaxiləsi qeydə alınıb.

Redaktor.az bu barədə “CYBER ON” şirkətinin apardığı monitorinq nəticəsinə istinadən xəbər verir.

Araşdırmalara əsasən, kibermüdaxilələrin 42 %-i təhlükəsiz kodlaşdırmanın düzgün aparılmaması, 58 %-i isə server sazlamalarının düzgün qurulmaması ilə bağlı olub.

Bundan əlavə müəyyən edilib ki, hücumların 18-i serverə, 13-ü isə kod səviyyəsində müdaxilələrlə bağlı olub. Qalan 29 halda isə hücumun mənbəyini və üsulunu müəyyən etmək mümkün olmayıb. Eyni zamanda, məlum olub ki, haker hücumuna məruz qalan veb-resurs əvvəlki zəifliklər aradan qaldırılmadığı üçün təkrarən hədəfə çevrilib. Bu hallarda məsul şəxslər mövcud çatışmazlıqların aradan qaldırılması üçün effektiv tədbirlər görməyiblər.

Kibermüdaxilə halları aşkarlanan veb-resursların ölkələr üzrə statistikasına nəzər saldıqda onların 82 %-nin ABŞ, 5 %-nin Almaniya, 5 %-nin Azərbaycan, 4 %-nin Rusiya, 4 %-nin İngiltərədə saxlanıldığı (Hosting) müəyyən olun

Qeyd olunub ki, kiberhücumların 58 %-i server sazlamalarının düzgün aparılmaması və resurslar arasında təhlükəsiz seqmentasiyanın təmin olunmaması ilə bağlıdır. Bu xüsusda, “shared hosting” (ortaq server istifadəsi) xidmətindən yararlanan şirkətlərə xüsusi diqqətli olmaları tövsiyə olunur.

Vumart və Güvən reklamı Vumart Güvən