iPhone 17 Pro-nun 12 əsas yeniliyi açıqlanıb

 14:28 25.08.2025     120

Apple şirkətinin yeni flaqman smartfonları iPhone 17 Pro və iPhone 17 Pro Max-ın təqdimatı bir neçə həftəyə planlaşdırılır.

Redaktor.az xəbər verir ki, "MacRumors" saytı müxtəlif mənbələrə istinadla cihazların 12 əsas yeniliyini toplayıb.

Yeni iPhone 17 Pro modelləri narıncı, mis rəngli və tünd mavi rəng variantlarında təqdim ediləcək. Öncəki modellərdən fərqli olaraq, iPhone 17 Pro alüminium çərçivəyə sahib olacaq, arxa hissəsi isə qismən alüminium, qismən şüşə dizaynında olacaq. Kameralar isə böyük və düzbucaqlı formada dizayn ediləcək, həmçinin antiblikli mat ekran funksiyasının gələcəyi də gözlənilir.

Yeni cihazlarda anten sistemi yenilənəcək, bu isə 5G, LTE, Wi-Fi və Bluetooth bağlantısını daha stabil edəcək. Performans baxımından, iPhone 17 Pro növbəti nəsil Apple A19 Pro çip ilə təchiz olunacaq. Yeni çip 3 nm texnologiyası ilə istehsal ediləcək, enerji səmərəliliyi və performans artırılacaq. Həmçinin Pro modellərdə və iPhone 17 Air-də 12 GB RAM olacaq ki, bu da çox tapşırıq rejimində və Apple Intelligence funksiyalarında irəliləyiş deməkdir.

Kamera sistemi də əhəmiyyətli yeniliklər alacaq. Bütün iPhone 17 modelləri 24 meqapiksellik ön kamera, Pro modelləri isə 48 meqapiksellik telefoto kamera ilə gələcək. iPhone 17 Pro həmçinin ön və arxa kameradan eyni anda video yazma funksiyasını dəstəkləyəcək. Batareya isə Pro Max modelində 5000 mAh-dan çox tutuma malik olacaq və cihazın qalınlığı bir qədər artırılacaq.

Dizayn və istilik idarəsi baxımından bütün modellər metal örtüklü batareya və digər daxili dəyişikliklər ilə gələcək. Pro modellərdə isə buxar kameralı soyutma sistemi tətbiq ediləcək.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən