Canlı tərcümə edən qulaqcıqlar təqdim ediləcək

 21:38 27.08.2025     49

“Apple” şirkəti sentyabrda “iPhone 17”  smartfonları ilə yanaşı canlı tərcümə xüsusiyyətinə malik yeni “AirPod”ları da təqdim edəcək. 

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, “AirPod” lar real vaxt tərcüməsi ilə təchiz ediləcək. Bu isə istifadəçilərə telefonunda tərcümə proqramını açmadan söhbət etdiyi şəxsi öz dilində eşitməyə imkan verəcək.

Bu xüsusiyyət ilkin olaraq ingilis, fransız, alman və portuqal dillərində olacaq. Türk və digər dillərlə bağlı bu yeniliyin tətbiqi barədə hələ bir məlumat yoxdur. 

Canlı tərcümə xüsusiyyətinin əvvəlcə “AirPod Pro 2” və “AirPod 4” də mövcud olacağı gözlənilsə də, köhnə “AirPod” və “AirPod Max” üçün hələ təsdiqlənməyib.

Vumart və Güvən reklamı Vumart Güvən