Bu ölkədə "iPhone Air"in satışına icazə verilmədi

 20:15 13.09.2025     843

"Apple" korporasiyası Çində “iPhone Air” modelinin satışına hələlik icazə ala bilməyib.

Redaktor.az xəbər verir ki, bu barədə Çin mətbuatı yazıb.

Qeyd olunub ki, ABŞ şirkəti ultra nazik modelin satışını təxirə salmalı olub.

Mənbənin məlumatına əsasən, “iPhone Air” modelində fiziki SIM kart yuvası yoxdur və yalnız eSIM texnologiyası ilə istehsal olunur. Lakin Çində eSIM istifadəsi üçün tənzimləyici orqanlardan xüsusi icazə tələb olunur.

Vumart və Güvən reklamı Vumart Güvən