"Amazon" və digər məşhur sayt və tətbiqlər ÇÖKDÜ

 13:57 20.10.2025     709

“Amazon”, “Snapchat”, "Robinhood" və “Perplexity”, “Verizon” kimi tətbiqlər və saytlar çöküb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, “PrimeVideo” və “Alexa” platformalarında da problemlər yaranıb.

Problem həmçinin “Zoom” servisinə və “Perplexity” süni intellekt startapına da təsir edib.

Hələlik Amazon tərəfindən problemlə bağlı heç bir rəsmi açıqlama verilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən