"WhatsApp"ın fəaliyyətində nasazlıqlar: Minə yaxın şikayət

 16:00 27.11.2025     845

Rusiyalı "WhatsApp" istifadəçiləri 27 noyabr, cümə axşamı messencerin işində problemlər olduğunu bildiriblər.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatları “Sboy.RF” portalı qeydə alıb.

Günün ərzində portala "WhatsApp"ın işləməsi ilə bağlı minədək şikayət daxil olub. Müraciətlərin təxminən üçdə biri - 29 faizi Sankt-Peterburq sakinləri tərəfindən göndərilib. Bundan əlavə, messencerin fəaliyyətində fasilələrin olduğu barədə Moskva, Novosibirsk və Sverdlovsk vilayətlərinin, eləcə də Tatarıstanın istifadəçiləri məlumat veriblər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən