"WhatsApp"da yenidən nasazlıq: 700-dən çox şikayət VAR
Rusiya regionlarında məşhur mesajlaşma tətbiqi "WhatsApp"da nasazlıq baş verib.
Redaktor.az bu haqda xarici KİV-ə istinadla məlumat verir.
Ən çox şikayət Moskva sakinlərindən daxil olub. Həmçinin Sankt-Peterburq, Novosibirsk, Sverdlovsk, Moskva vilayəti və digər regionlardan da problemlər barədə məlumat verilib. 28 noyabr tarixində portalda ümumilikdə 700-dən çox şikayət qeydə alınıb. İstifadəçilər əsasən bildirişlərin işləməməsi, mobil tətbiqdə problemlər və ya ümumi nasazlıqla qarşılaşıblar.
Bundan əlavə, bəzi Moskva sakinləri həm mobil internet, həm də Wi-Fi vasitəsilə mesaj göndərə bilmədiklərini bildiriblər. Oxşar problem müxtəlif rabitə operatorlarının istifadəçilərində də müşahidə olunub.
Aytəkin TOFİQQIZI













