"Microsoft" portativ "Xbox"u 2028-də təqdim EDƏCƏK
"Microsoft" şirkəti hələ də öz portativ konsolunu təqdim etməyi nəzərdən keçirir, baxmayaraq ki, hazırda əsas aparat layihələri digər istiqamətlərə yönəlib.
Redaktor.az "Windows Central" nəşri şirkətə yaxın mənbələrə istinadla xəbər verir ki, portativ cihaz ideyası tamamilə ləğv olunmayıb.
Əvvəlcə layihə AMD tərəfindən qoyulan minimal satış həcmi tələbləri səbəbindən dayandırılmışdı, lakin "Microsoft" hələ də portativ konsolu "Steam Deck" və digər portativ oyun kompüterlərinin artan populyarlığına cavab olaraq görür.
Hazırda şirkətin mühəndis komandaları növbəti nəsil stasionar "Xbox" üzərində işləyir. Bu konsol "Microsoft" üçün əsas aparat prioritetidir və qiymətinin təxminən 1000 dollar olacağı gözlənilir. Optimist ssenari üzrə onun satışa çıxarılması 2027-ci ilə planlaşdırılır ki, bu da portativ konsol layihəsinin təxirə salınmasına səbəb olub.
"Microsoft" əvvəlcə əsas platformanın kommersiya uğuruna əmin olmaq, sonra isə Sony ilə birbaşa rəqabətə girmək niyyətindədir. Əgər stasionar "Xbox" 2027-ci ildə təqdim olunarsa, portativ "Xbox" konsolunun 2028-ci ildən əvvəl çıxması gözlənilmir. Şirkət hesab edir ki, əlavə vaxt cihazın enerji səmərəliliyini artırmağa və AAA oyunları rahat işlətmək üçün daha müasir yaddaş növlərini tətbiq etməyə imkan verəcək.
Xədicə BAXIŞLI













