Azərbaycanda Sİ və data mühəndisləri hazırlanacaq
"Mərkəzin təşəbbüsü ilə ötən il yaradılmış Süni İntellekt Akademiyası insan kapitalının inkişafı üçün əsas platformalardan biridir".
Redaktor.az xəbər verir ki, bu fikirləri APA-ya müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov söyləyib.
Nazir müavini qeyd edib ki, hazırda Akademiyada rəqabətli seçim əsasında qəbul olunmuş tələbələr intensiv proqramlar üzrə təhsil alırlar: "Növbəti mərhələdə süni intellekt mühəndisləri, data mühəndisləri və məhsul menecerlərinin hazırlanması planlaşdırılır", – deyə o qeyd edib.













