"Artıq xəbəri təqdim edənin real aparıcı, yoxsa virtual obraz olmasını müəyyən etmək çətinləşib"

 15:51 01.05.2026     474

“Süni intellekt texnologiyalarının inkişafı ilə media məkanında xəbərlərin etibarlılığını müəyyən etməyin daha da çətinləşdiyi bildirilib”.

Redaktor.az xəbər verir ki, bunu “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 3-cü Forumda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin rəhbəri Murad Balayev səsləndirib.

“Hazırda internet mediada yayılan xəbərlərin kim tərəfindən hazırlandığını müəyyənləşdirmək çətinləşib. Artıq xəbəri təqdim edənin real aparıcı, yoxsa virtual obraz olması, mətnin süni intellekt tərəfindən, yoxsa redaksiya heyəti tərəfindən hazırlanması suallar yaradır. Bu isə qiymətləndirmə baxımından ciddi çətinlik formalaşdırır”, - deyə o bildirib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən