Böyük ekranlı telefon almaq istəyənlərə tövsiyə olunan modellər

 09:06 03.06.2026     505

"BGR" jurnalistləri böyük ekranlı ən yaxşı smartfonların siyahısını açıqlayıblar.

Redaktor.az xəbər verir ki, siyahı media orqanının saytında dərc olunub.

Siyahıda ilk yeri "Apple iPhone 17 Pro Max" tutub. Mütəxəssislər cihazın güclü prosessorunu, inkişaf etmiş kamerasını və uzun batareya ömrünü yüksək qiymətləndiriblər.

Reytinqdə həmçinin "Samsung Galaxy S26 Ultra" da yer alıb. Telefon yüksək keyfiyyətli 6,9 düymlük ekranı və süni intellekt imkanları ilə diqqət çəkib.

Qatlanan smartfonlar arasında "Samsung Galaxy Z Fold 7" seçilib. Jurnalistlər onun açıldıqda 8 düymlük böyük ekrana sahib olduğunu vurğulayıblar.

Siyahıya sərfəli qiymətə malik "OnePlus 15" və əlavə arxa ekranı ilə fərqlənən "Nothing Phone (4a) Pro" da daxil edilib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən