Bu ölkə Yapon avtomobili satışında rekord QIRDI
Rusiyada 2026-cı ilin ilk beş ayında yapon markalı yeni minik avtomobillərinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə artıb.
Redaktor.az bu barədə rus mediasına istinadla xəbər verir.
Statistikaya görə, yanvar-may aylarında Rusiyada 30,9 min yeni yapon avtomobili qeydiyyata alınıb. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 195,5 faiz çoxdur. Həmin dövrdə bu rəqəm 10,5 min ədəd təşkil etmişdi.
Yapon markaları arasında liderliyi 12,7 min avtomobil satışı ilə "Toyota" qoruyub saxlayıb. Şirkətin satışları bir il ərzində 98 faiz artıb.
NURİYYƏ













