"Samsung" istifadəçilərindən şikayət: Ekran qırmızıya çevrilir

 17:26 14.07.2026     707

"Samsung"un flaqman telefonlarında ekran problemi aşkarlanıb.

Redaktor.az xəbər verir ki, Koreyanın "Newsway" nəşrinin məlumatına görə, "Samsung Galaxy S26 Ultra" smartfonlarının bəzi istifadəçiləri cihazın ekranında qırmızı ləkələrin yarandığını bildiriblər.

Məlumata görə, problem əsasən ekranın yuxarı hissəsində müşahidə olunur. İstifadəçilərin sözlərinə görə, qırmızı ləkələr telefon yenidən başladıldıqdan və ya söndürüldükdən sonra da qalır.

"Samsung" problemdən xəbərdar olduğunu təsdiqləyib və hazırda səbəbin araşdırıldığını açıqlayıb.

Şirkətdən bildirilib ki, "Hazırda səbəbi müəyyən etmək üçün daxili araşdırma aparırıq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən