Klaviaturanı təmizləyərkən bu səhvləri ETMƏYİN

 10:58 16.07.2026     419

Noutbukun klaviaturasına düzgün qulluq edilmədikdə cihaz zədələnə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "SlashGear" portalı məlumat yayıb.

Mütəxəssislər bildiriblər ki, klaviaturanı təmizləməzdən əvvəl noutbuku mütləq elektrik şəbəkəsindən ayırmaq lazımdır. Həmçinin təmizləmə zamanı cihazın içinə su düşməməsinə diqqət edilməlidir.

Klaviaturadakı toz və xırda hissəcikləri təmizləmək üçün sıxılmış hava qutusu və yumşaq fırçadan istifadə etmək tövsiyə olunur. Çirkin təmizlənməsi üçün seyrəldilmiş spirt də istifadə oluna bilər. Lakin tərkibində 70 faizdən çox izopropil spirti olan vasitələrdən istifadə etmək məsləhət görülmür. Çünki bu, düymələrin üzərindəki qoruyucu örtüyə zərər verə bilər.

Mütəxəssislərin sözlərinə görə, əgər klaviaturaya su tökülərsə, noutbuk dərhal elektrikdən ayrılmalı, tərs çevrilərək altına quru parça qoyulmalıdır. Mayenin tam axıb buxarlanması üçün cihazı təxminən 24 saat bu vəziyyətdə saxlamaq tövsiyə edilir.

Bununla belə, bu üsulun noutbuku tam işlək vəziyyətdə saxlayacağına zəmanət verilmədiyi də vurğulanıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən