Telefonunuz yavaşıyıb? - Yaddaşı boşaltmağın sadə yolları

 16:19 17.07.2026     402

Smartfonun yaddaşı zaman keçdikcə lazımsız fayllarla dolur. Bu isə cihazın işinin yavaşlamasına səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, "MakeUseOf" portalı telefonun yaddaşını boşaltmaq üçün bir neçə sadə üsul tövsiyə edib.

Mütəxəssis Pankil Şah bildirib ki, ilk növbədə tətbiqlərin keşini və telefonun "zibil qutusu"nu təmizləmək lazımdır. Bu funksiyalar adətən cihazın parametrlərində yerləşir.

Bundan əlavə, yaddaşda yer tutan dublikat faylların silinməsi də tövsiyə olunur.

Ekspertin sözlərinə görə, yaddaşı boşaltmağın ən effektiv yolu istifadə olunmayan tətbiqləri silməkdir. Nadir hallarda lazım olan proqramlar isə arxivləşdirilə və ya bulud yaddaşına köçürülə bilər.

Həmçinin telefonda saxlanılan yüklənmiş musiqilər, videolar, xəritələr və digər oflayn fayllar da yoxlanılmalı, artıq istifadə edilməyənlər silinməlidir.

Mütəxəssis foto və videolar kimi böyük həcmli faylların saxlanılması üçün bulud xidmətlərindən istifadə etməyi də məsləhət görür. Onun sözlərinə görə, bu xidmətlərin bir çoxu istifadəçilərə müəyyən həcmdə pulsuz yaddaş təqdim edir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən