"Apple" dünyanın ən böyük kapitallaşmaya malik şirkəti OLDU

 22:49 17.07.2026     594

ABŞ-nin "Apple" şirkəti bazar kapitallaşmasına görə "Nvidia" şirkətini geridə qoyaraq dünyanın ən bahalı şirkəti olub.

Redaktor.az  xəbər verir ki, bu barədə birja ticarətinin məlumatları göstərir.

 "Apple"ın səhmləri "Nasdaq" birjasında 0.23% bahalaşaraq bir səhm üçün 334.03 dollar səviyyəsinə çatıb.

Bununla da şirkətin bazar kapitallaşması 4.9 trilyon dollar təşkil edib. Kapitallaşmaya görə ilk üçlükdə, həmçinin "Nvidia" (4.83 trilyon dollar) və "Google" şirkətinin sahibi "Alphabet" (4.19 trilyon dollar) yer alıb.

Vumart və Güvən reklamı Vumart Güvən