"Facebook" yenidən normal fəaliyyətini bərpa etdi - YENİLƏNİB

 13:33 19.07.2026     1001

Bir müddət davam edən texniki nasazlıq artıq aradan qaldırılıb. Hazırda "Facebook"un həm mobil tətbiqi, həm də veb versiyası normal fəaliyyət göstərir.

***

13:01

Azərbaycanda çoxsaylı "Facebook" istifadəçiləri sosial şəbəkənin fəaliyyətində ciddi problemlərin yarandığını bildirirlər.

Redaktor.az xəbər verir ki, əvvəlcə istifadəçilər Facebook tətbiqində müxtəlif keçidlərə daxil olarkən "net::ERR_TOO_MANY_REDIRECTS" xətası ilə qarşılaşdıqlarını qeyd edirdilər. Son saatlarda isə problemin miqyası daha da genişlənib. Artıq bir çox istifadəçi ümumiyyətlə Facebook hesabına daxil ola bilmir.

Sosial şəbəkənin veb versiyasına daxil olmağa cəhd edən istifadəçilərin qarşısına isə "Account Temporarily Unavailable" (Hesab müvəqqəti olaraq əlçatmazdır) xəbərdarlığı çıxır. Bildirişdə hesabın sayt tərəfində yaranmış texniki problem səbəbindən müvəqqəti əlçatmaz olduğu və bir neçə dəqiqə sonra yenidən cəhd edilməsinin tövsiyə olunduğu qeyd edilir.

Bundan əvvəl isə "Facebook"un mobil tətbiqində müxtəlif keçidlər açılarkən "ERR_TOO_MANY_REDIRECTS" xətası yaranır, səhifələr yüklənmirdi.

Müşahidələr göstərir ki, problem ayrı-ayrı istifadəçilərlə məhdudlaşmır və eyni anda çoxsaylı hesablarda müşahidə olunur. Bu isə nasazlığın istifadəçilərin cihazlarından deyil, Meta platformasının serverləri və ya autentifikasiya (giriş) sistemində yaranmış texniki problemdən qaynaqlandığını ehtimal etməyə əsas verir.

Hazırda Meta şirkəti tərəfindən problemlə bağlı rəsmi açıqlama verilməyib. Şirkətin nasazlığı aradan qaldırdıqdan sonra xidmətin normal fəaliyyətinin bərpa olunacağı gözlənilir.

Qeyd edək ki, "Facebook"da yaranan bu problem həm mobil tətbiqdə, həm də veb versiyada müşahidə olunur. İstifadəçilərin əksəriyyəti hesablarına daxil ola bilmədiklərini və sosial şəbəkənin normal işləmədiyini bildirirlər.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən