Ekran qoruyucusu telefona zərər verə bilər?

 09:19 20.07.2026     453

Smartfon ekranını qorumaq üçün istifadə olunan plyonka və qoruyucu şüşələr cihazı cızıqlardan və zədələrdən qoruya bilər. Lakin bu aksessuarların bəzi mənfi tərəfləri də var.

Redaktor.az xəbər verir ki, "BGR" portalı ekran qoruyucularının əsas çatışmazlıqlarını açıqlayıb.

Məlumata görə, qoruyucu şüşə və plyonkaların qiyməti nisbətən baha ola bilər. Bundan əlavə, onlar uzun müddət istifadə edildikdə cızılır və çatlaya bilər. Aksessuarı ekranda saxlayan yapışqan da zamanla öz xüsusiyyətini itirir. Bu halda qoruyucunu yenisi ilə əvəz etmək lazım gəlir.

Mütəxəssislərin sözlərinə görə, əlavə şüşə telefonun qalınlığını da artıra bilər. Həmçinin qoruyucunun tətbiqindən sonra ekranın əvvəlki qədər rahat və təbii hiss edilmədiyi bildirilir.

Bəzi hallarda ekran qoruyucusu telefonun sensorunun işinə də təsir göstərə bilər. Belə olduqda istifadəçi ekrana daha güclü basmalı və ya sürüşdürmə hərəkətini bir neçə dəfə təkrarlamalı ola bilər.

Bu səbəbdən bəzi smartfon istifadəçiləri ekran qoruyucularından istifadə etməyə üstünlük vermirlər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən