Smartfonu belə saxlamaq batareyaya zərər verə bilər - XƏBƏRDARLIQ
Smartfonu uzun müddət istifadə etmədən saxlamaq istəyənlər bəzi qaydalara əməl etməlidirlər.
Redaktor.az xəbər verir ki, "BGR" portalının mütəxəssisləri telefonların batareyasını qorumaq üçün bir sıra tövsiyələr veriblər.
Mütəxəssislərin sözlərinə görə, telefonu tam boş batareya ilə söndürmək düzgün deyil. Cihazı uzun müddət saxlamaqdan əvvəl batareyanı təxminən 50 faizə qədər doldurmaq məsləhətdir.
Bildirilib ki, batareyanın tam boş vəziyyətdə qalması onun zədələnməsinə səbəb ola bilər.
Həmçinin smartfonu sərin və quru yerdə, günəş şüalarından uzaqda saxlamaq tövsiyə olunur. Əgər telefon altı aydan çox istifadə edilməyəcəksə, onu vaxtaşırı yandırmaq və yeniləmələri yoxlamaq məsləhətdir.
Ekspertlər qeyd ediblər ki, telefonun batareyası istifadə edilməsə belə, daxili kimyəvi proseslər səbəbindən tədricən enerji itirir. Buna görə də cihazı sadəcə söndürüb kənara qoymaq sonradan onun açılmamasına səbəb ola bilər.
Aytəkin TOFİQQIZI













