Bu brendlərin smartfonları cəmi iki il yenilənir – Araşdırma
Çin istehsalı olan smartfonlar yeniləmələrlə ən qısa müddət ərzində dəstək göstərən brendlər siyahısına daxil edilib.
Redaktor.az xəbər verir ki, bu barədə BGR nəşri məlumat yayıb.
Nəşrin mütəxəssisləri smartfon bazarını təhlil edərək cihazları yeniləmələrlə ən qısa müddət ərzində dəstəklənən brendləri müəyyənləşdiriblər. Siyahıya “Motorola” da daxil edilib. Portalın müəllifləri bildiriblər ki, şirkətin hətta flaqman smartfonlarının sahibləri yeni “Android” versiyalarının cəmi iki il ərzində təqdim olunacağına ümid edə bilərlər.
Ən zəif nəticə göstərən brendlər arasında “Xiaomi” də yer alıb. Məqalədə qeyd olunub ki, bəzi qabaqcıl modellər üçün beş ilədək yeniləmə dəstəyi vəd edilir. Lakin cihazların əksəriyyəti yalnız iki böyük proqram yeniləməsi alır.
Bununla belə, BGR jurnalistləri “Xiaomi” smartfonlarının rəqib şirkətlərin analoji cihazlarından nəzərəçarpacaq dərəcədə ucuz olduğunu vurğulayıblar.
Xədicə BAXIŞLI













