Televizorunuzun görüntüsünü yaxşılaşdırmağın sadə yolları
Televizorda daha keyfiyyətli görüntü və səs əldə etmək üçün "HDMI" bağlantısını düzgün qurmaq vacibdir. "HDMI" bağlantısı televizoru pristavka, kompüter, oyun konsolu və digər cihazlara kabel vasitəsilə qoşmağa imkan verən bağlantı növüdür. Bu kabel həm görüntünü, həm də səsi televizora ötürür.
Redaktor.az xəbər verir ki, "MakeUseOf"un məlumatına görə, televizoru digər cihazlara qoşarkən uyğun "HDMI" kabelindən istifadə etmək görüntü keyfiyyətinə təsir edə bilər.
"HDMI" 2.0 4K görüntünü, "HDMI" 2.1 isə daha yüksək görüntü keyfiyyəti və yenilənmə tezliyini dəstəkləyir. Buna görə "HDMI" kabelini televizorun daha yeni və sürətli portuna qoşmaq tövsiyə olunur.
Bundan başqa, televizorda düzgün görüntü rejimini seçmək də önəmlidir. Oyun oynayanlar üçün “Oyun rejimi” giriş gecikməsini azalda, “PC rejimi” isə mətn və qrafiklərin daha aydın görünməsinə kömək edə bilər.
Televizor dəstəkləyirsə, "HDR10" və "Dolby Vision" funksiyalarını aktivləşdirmək, həmçinin cihazın proqram təminatını mütəmadi yeniləmək də görüntü keyfiyyətinin yaxşılaşmasına kömək edə bilər.
Aytəkin TOFİQQIZI













