Ən yaxşı smartfonların adları açıqlandı - SİYAHI

 09:22 26.08.2026     297

"GizmoChina" portalının müəllifləri ən yaxşı flaqman smartfonların siyahısını hazırlayıblar.

Redaktor.az xəbər verir ki, smartfonların siyahısı portalın saytında dərc olunub.

Nəşrin jurnalistləri bildiriblər ki, siyahı bazarda qiymətlərin artdığı və smartfonların xüsusiyyətlərinin dəyişdiyi bir dövrdə hazırlanıb.

Reytinqdə ilk sırada "Samsung Galaxy S26 Ultra" yer alıb. Smartfon "Dynamic AMOLED 2X" ekranı, "Snapdragon 8 Elite Gen 5" prosessoru, 200 meqapiksellik kamerası və "S Pen" stilusu ilə diqqət çəkir.

Siyahıda "Oppo Find X9 Ultra" da yer alıb. Telefon iki 200 meqapiksellik kameraya, "LTPO AMOLED" ekrana və 7050 mAh batareyaya malikdir.

Mütəxəssislər "Xiaomi 17 Ultra" modelini də fərqləndiriblər. Smartfon 1 düymlük "OmniVision" sensoru və "LOFIC" texnologiyası ilə seçilir.

Reytinqdə "Google Pixel 11 Pro XL" də yer alıb. Jurnalistlər telefonu proqram təminatı və funksiyalarına görə yüksək qiymətləndiriblər.

Siyahıda son olaraq "iPhone 17 Pro Max" modelinin adı çəkilib. Smartfon alüminium korpusu, "Super Retina XDR OLED" ekranı və 48 meqapiksellik üçlü kamerası ilə diqqət çəkir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən