Dünyada ən çox satılan SMARTFON

 09:36 27.08.2026     259

"Apple"ın “iPhone 17” modeli dünyanın ən çox satılan smartfonu olub.

Redaktor.az xəbər verir ki, "Counterpoint Research" şirkətinin araşdırmasına görə, “iPhone 17” 2026-cı ilin ikinci rübündə satışlara görə birinci yeri tutub. Bu, modelin ardıcıl ikinci rübdür ki, lider olmasıdır.

“iPhone 17” dünya üzrə smartfon satışlarının 6 faizini təşkil edib. Apple-ın digər modelləri də ilk onluqda yer alıb. “iPhone 17 Pro Max” ikinci, “iPhone 17 Pro” isə üçüncü olub. “iPhone 17e” yeddinci, “iPhone 16” isə onuncu sırada qərarlaşıb.

İlk onluqda Apple-dan başqa yalnız “Samsung” modelləri yer alıb. “Galaxy S26 Ultra” dördüncü, “Galaxy A07” beşinci, “Galaxy A17” isə altıncı olub.

Mütəxəssislərin sözlərinə görə, ümumi smartfon bazarında azalma olsa da, Apple-ın satışları illik müqayisədə 5 faiz artıb.

Qeyd edək ki, 2025-ci ilin ikinci rübündə ən çox satılan smartfon “iPhone 16” olub.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən