Samsung Galaxy S27 Ultranın yeni DİZAYNI

 14:01 28.08.2026     289

Samsungun gələcək flaqman smartfonu Galaxy S27 Ultranın dizaynı ilə bağlı yeni görüntülər ortaya çıxıb.

Redaktor.az xəbər verir ki, Android Headlines nəşri məlumatı insayder OnLeaks tərəfindən yayılan renderlərə istinadən yayıb.

Sızdırılan görüntülərə əsasən, Galaxy S27 Ultra-nın əsas dəyişikliklərindən biri arxa kamera modulunun dizaynı olacaq. Belə ki, əvvəlki modellərdə kameralar korpusun sol hissəsində şaquli şəkildə yerləşdirildiyi halda, yeni modeldə onların arxa panelin yuxarı hissəsində vahid çıxıntılı blokda yerləşdirilməsi gözlənilir. Bu yanaşma iPhone 17 Pro və Pro Max modellərində də istifadə olunur.

Bununla belə, smartfonun ümumi dizaynının sələfi ilə oxşar qalacağı bildirilir. OnLeaks-in məlumatına görə, cihazın ölçüləri təxminən 163,76 × 78,25 × 7,97 millimetr olacaq. Kamera çıxıntısı nəzərə alındıqda qalınlığın 12,53 millimetrə çatacağı gözlənilir.

Galaxy S27 Ultra-da S Pen stilusunun da qorunacağı qeyd olunur.

Android Headlines-in məlumatına görə, yeni kamera modulunun daha böyük kamera sensorlarının yerləşdirilməsinə, soyutma sistemi üçün əlavə yer yaradılmasına və maqnitli enerji doldurma imkanlarının daha yaxşı tətbiqinə şərait yarada biləcəyi ehtimal edilir. Renderlərə əsasən, telefoto kameranın isə nisbətən kiçik qalacağı gözlənilir.

Samsungun Galaxy S27 Ultra-nı 2027-ci ildə təqdim edəcəyi bildirilir. Android Headlines təqdimatın fevral ayında, Mobile World Congress (MWC) sərgisindən əvvəl keçirilməsinin mümkün olduğunu yazır. Lakin təqdimatın dəqiq tarixi hələ açıqlanmayıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən