Sınmış ekranı təmir etməyin ən yanlış yolları - ARAŞDIRMA

 16:03 01.09.2026     305

Sınmış smartfon ekranını dərhal dəyişdirmək hər zaman vacib deyil, lakin problemi uzun müddət təxirə salmaq da məsləhət görülmür.

Redaktor.az xəbər verir ki, “BGR” portalı sınmış telefon ekranları ilə bağlı yayılmış fikirləri araşdırıb.

Mütəxəssislərin sözlərinə görə, ekranda kiçik çat cihazın işləməsinə ciddi təsir göstərməyə bilər. Belə hallarda çatın üzərinə qoruyucu lent yapışdırmaq mümkündür.

Məqalədə həmçinin qeyd olunur ki, ekranı təmir etmək üçün WD-40, müxtəlif spreylər və diş pastasından istifadə etmək düzgün deyil. Bu vasitələr çatları aradan qaldırmır və ekrana əlavə zərər verə bilər.

Bəzi istifadəçilər sınmış ekranı dırnaq boyası ilə örtməyi də məsləhət görür. Lakin mütəxəssislər bunun da düzgün olmadığını bildirirlər. Dırnaq boyası sensor ekranın işinə mane ola və əlavə problemlər yarada bilər.

Mütəxəssislər sınmış ekranın vəziyyətinə uyğun olaraq mümkün qədər tez servisə müraciət etməyi tövsiyə edirlər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən