Ən çox satılan avtomobillər: Elektrik modelləri bazarı ələ keçirir - FOTO
Çində 2026-cı ilin ilk səkkiz ayının nəticələrinə görə ən çox satılan avtomobil "Geely EX2" elektrik modeli olub.
Redaktor.az xəbər verir ki, bu barədə “CarNewsChina” məlumat yayıb.
Məlumata görə, Çində ən çox satılan 10 avtomobil arasında yalnız iki benzin mühərrikli model qalıb. Tesla Model Y ikinci yerdə qərarlaşıb, ilk onluğun digər pillələrini isə Çin brendlərinin elektrik və hibrid modelləri tutub.
Ən populyar benzin mühərrikli avtomobil isə beşinci yerdə qərarlaşan "Geely Boyue L" olub.
Çində istehsal olunan qlobal brendlərin modellərindən "Nissan Sylphy" 12-ci, "Toyota Camry" 13-cü, "Volkswagen Sagitar" isə 14-cü yerdə qərarlaşıb. "Geely Xingyue L" isə 15-ci olub.
Qeyd edək ki, "Geely Boyue L" Rusiyada Geely Atlas adı ilə satılır. "Geely Xingyue L" isə bəzi bazarlarda "Geely Monjaro" və "Volga K50" adları ilə təqdim olunur.
Aytəkin TOFİQQIZI














