Noutbukun batareyasını qorumağın yolları - Mütəxəssislərdən TÖVSİYƏ

 09:00 23.09.2026     105

Noutbukun düzgün şarj edilməsi batareyanın ömrünü əhəmiyyətli dərəcədə uzada bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "PCWorld" yazıb.

Müəlliflər qeyd ediblər ki, ilk növbədə cihazın həddindən artıq istiləşməsinin qarşısını almaq lazımdır. Noutbuku isti havada birbaşa günəş işığı altında və ya isti avtomobildə qoymaq tövsiyə edilmir.

Cihazın ömrünü uzatmağın yollarından biri də batareyanı tamamilə boşaltmamaqdır. Bildirilib ki, batareyanın şarj səviyyəsi təxminən 20 faizə düşdükdə noutbuku şarja qoşmaq tövsiyə olunur.

Məqalədə bəzi noutbuk modellərində batareyanın maksimum 80 faizədək şarj edilməsini məhdudlaşdırmağın mümkün olduğu qeyd edilir.

Mütəxəssislər həmçinin cihazın enerji parametrlərini optimallaşdırmağı, o cümlədən enerjiyə qənaət rejimindən daha tez-tez istifadə etməyi tövsiyə edirlər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən