Köhnə kompüteri sürətləndirməyin sadə YOLU

 09:28 25.09.2026     52

Köhnə və zəif texniki göstəricilərə malik "Windows" kompüterlərinin işini sürətləndirmək üçün əməliyyat sistemindəki bəzi animasiya və vizual effektləri deaktiv etmək mümkündür.

Redaktor.az xəbər verir ki, “MakeUseOf” bunun kompüterin resurslarını daha vacib proseslər üçün boşaltmağa kömək edə biləcəyini yazıb.

Portalın redaktoru Pankil Şah bildirib ki, “Windows 11” standart olaraq solma, kölgə, bulanıqlıq və şəffaflıq kimi müxtəlif vizual effektlərdən istifadə edir. Bu funksiyalar interfeysi daha cəlbedici göstərsə də, əlavə sistem resursları tələb edir.

Mütəxəssis köhnə və aşağı səviyyəli cihazlarda bu effektlərin deaktiv edilməsini tövsiyə edib. Bunun üçün əvvəlcə “Əlçatanlıq”, daha sonra isə “Vizual effektlər” bölməsinə daxil olmaq və “Animasiya effektləri” ilə “Şəffaflıq effektləri”ni söndürmək lazımdır.

Bundan əlavə, kompüterin performansını artırmaq üçün “Sistemin görünüşünü və performansını tənzimləyin” seçiminə daxil olaraq maksimum performans rejimini aktivləşdirmək mümkündür.

Lakin bu dəyişikliklər əməliyyat sisteminin görünüşünə təsir göstərə bilər. Belə ki, mətnin hamarlaşdırılması, fayl eskizləri və bəzi animasiyalar deaktiv edilə bilər.

Məqalədə həmçinin “Sistem” bölməsindəki “Enerji və batareya” parametrlərinə keçərək enerji rejiminin “Maksimum performans” olaraq seçilməsi tövsiyə olunur.

Mütəxəssisin sözlərinə görə, bu parametr xüsusilə noutbuklarda batareyanın daha tez tükənməsinə səbəb ola bilər, lakin bunun müqabilində cihazın performansı arta bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən