Sentyabrın ən yaxşı smartfonları seçildi - “Apple” və “Samsung” ön sıralarda
“TechRadar” jurnalistləri 2026-cı ilin sentyabr ayı üçün ən yaxşı smartfonların siyahısını açıqlayıb.
Redaktor.az xəbər verir ki, siyahıda ilk pilləni “Apple”ın təqdim etdiyi “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modelləri tutub. Hər iki smartfon A20 Pro prosessoru, təkmilləşdirilmiş soyutma sistemi və dəyişən diafraqmalı 48 meqapiksellik əsas kamera ilə təchiz olunub. Jurnalistlər modellərin əsas çatışmazlığının yüksək qiymət olduğunu qeyd ediblər.
“Samsung Galaxy S26 Ultra” isə ən yaxşı “Android” smartfonu seçilib. Model güclü prosessoru, məxfilik xüsusiyyətləri və fotoqrafiya imkanları ilə fərqləndirilib.
Siyahıya “Google Pixel 10a” da daxil edilib. Smartfon süni intellekt xüsusiyyətləri və uzunmüddətli proqram təminatı dəstəyinə görə yüksək qiymətləndirilib.
Ən yaxşı qatlanan smartfon adına isə “Samsung Galaxy Z Fold 8 Ultra” layiq görülüb. Model nazik dizaynı, ekranındakı az nəzərə çarpan qat izi, güclü çipi və süni intellekt imkanları ilə seçilib.
Gənc istifadəçilər üçün isə “iPhone 17” tövsiyə olunub. Jurnalistlər cihazın 120 Hz ekranını, geniş yaddaş imkanlarını və ön kamerasını üstün cəhətlər kimi göstəriblər. Bununla yanaşı, modeldə telefoto kameranın olmadığı qeyd edilib.
Aytəkin TOFİQQIZI













