Yeni noutbuk alanların diqqətinə - Bu addımı atmağa ehtiyac yoxdur

 11:16 28.09.2026     87

Yeni noutbuku ilk istifadədən əvvəl uzun müddət enerji mənbəyinə qoşulu saxlamağın vacib olduğu ilə bağlı fikrin mif olduğu açıqlanıb.

Redaktor.az xəbər verir ki, “BGR” portalının jurnalistləri müasir noutbukların batareyalarının iş prinsipini izah edərək cihazı ilk istifadədən əvvəl mütləq 100 faizə qədər doldurmağın zəruri olmadığını bildiriblər.

Məqalədə qeyd olunur ki, bu yanaşma əvvəllər nikel-kadmium və nikel-metal hidrid batareyalarından istifadə edilən cihazlar üçün aktual olub. Həmin batareyalar “yaddaş effekti”nə məruz qala bilirdi.

Müasir noutbuklarda isə əsasən litium-ion və litium-polimer batareyalardan istifadə olunur. Bu batareyalarda belə problem mövcud deyil.

Mütəxəssislərin sözlərinə görə, noutbuklarda enerji yığma prosesini avtomatik idarə edən xüsusi nəzarətçi sistemi var. Sistem batareyanın doluluq səviyyəsinə uyğun olaraq enerji ötürülməsini tənzimləyir və həddindən artıq qızmanın qarşısını alır.

"BGR" həmçinin bildirib ki, müasir noutbuklarda batareyanın tamamilə boşaldılması daha arzuolunmazdır. Yeni cihazlar adətən 40-60 faiz arasında enerji ilə satışa çıxarılır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən